Mətbuat Günü Şuşada beynəlxalq konfransın keçirilməsi planlaşdırılır
12.10.2022Hakimiyyet.info.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası arasında anlaşma memorandumunun imzalanması zamanı deyib.
R. Məcid mətbuat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O qeyd edib ki, Mətbuat Şurasının müvafiq komissiyası bu istiqamətdə iş aparır.
“Düşünürük ki, 22 iyul Mətbuat Günündə Şuşada beynəlxalq konfransın keçirilməsi beynəlxalq əməkdaşlığın inkişafına töhfə verə bilər” – deyə o qeyd edib. /Trend











