Ukrayna yeni “qaçqın sunamisi” barədə xəbərdarlıq edib
22.10.2022Rusiya mülki obyektlərə hava zərbəsini davam etdirəcəyi təqdirdə yeni “qaçqın sunamisi” yaranacaq. Bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
“Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsdahibəsində hökumət başçısı bildirib ki, elektrik, qaz və su olmasa yeni “miqrasiya sunamisi”nin yaranması qaçınılmaz olacaq./Apa
Baş nazir qeyd edib ki, elektrik olmayacağı təqdirdə insanlar donub öləcək və Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük humanitar böhran yaşanacaq.











