Dünya çempionatında iki sərbəst güləşçisimiz  bürünc medal qazanıb

Dünya çempionatında iki sərbəst güləşçisimiz bürünc medal qazanıb

23.10.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov bu gün əvvəlcə təsəllivericə görüşə çıxmalı idi, lakin Şri-Lanka təmsilçisi Lahiru Vadiqe qarşılaşmaya çıxmayıb. Azərbaycan pəhləvanı bürünc medal uğrunda görüşdə qırğızıstanlı Orozobek Toktomambetova 8:5 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

97 kq çəkidə güləşən İslam İlyasov isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə üstələyərək mükafata yiyələnib.

Share