Azərbaycanla BMT arasında münasibətlər tərəfdaşıq müstəvisinə keçib
27.10.2022Bu il Azərbaycanın BMT-yə qoşulmasının 30 ili tamam olur. Bu illər ərzində Azərbaycanla BMT arasında əməkdaşlıq xeyli inkişaf edib və münasibətlər humanitar yardımdan tərəfdaşıq müstəvisinə keçib.
Trend-in məlumatına görə, bunu oktyabrın 27-də Bakıda BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib.
V.Andreeva bildirib ki, münaqişədən sonra bərpa işləri çərçivəsində BMT Azərbaycanla minalardan təmizlənmə, bacarıqların inkişafı, məcburi köçkünlərin məşğulluğu, təhsil, səhiyyə, enerji sahələrində və digər istiqamətlərdə əməkdaşlıq edir.
Onun sözlərinə görə, BMT bu əməkdaşlığı artırmaqla bağlı imkanları nəzərdən keçirir.











