Kürdəmirdə Yunan-Roma və sərbəst güləş üzrə qrup mərhələsinin yarışları keçirilib

Kürdəmirdə Yunan-Roma və sərbəst güləş üzrə qrup mərhələsinin yarışları keçirilib

01.11.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, oktyabr ayının 30-da Kürdəmir Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr edilmiş Yunan-Roma və sərbəst güləş üzrə qrup mərhələsinin yarışları keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Azərbaycanın Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Yarışı Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli açaraq yarış qaydaları barədə məlumat verib. Gərgin keçən mübarizə şəraitində yunan-Roma güləşi üzrə qızıl medalları 67 kq çəki dərəcəsində Hacıqabul rayonunun güləşçisi Mirsirac Həsənli, 72 kq. çəki dərəcəsində Beyləqan rayonunun güləşçisi Cəsur Mehdiyev və 77 kq. çəki dərəcəsində Füzuli rayonundan olan güləşçi Vüsal Əlizadə qazandı. Sərbəst güləş üzrə isə 65 kq. çəki dərəcəsində Şirvan şəhərinin güləşçisi Əliağa Abdullayev, 70 kq. çəki dərəcəsində Salyan rayonunun güləşçisi Samir Nağızadə və 74 kq. çəki dərəcəsində Hacıqabul rayonunun güləşçisi Fərid Mehdiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Qeyd edək ki, I yeri tutmuş güləşçilər Bakı şəhərində keçiriləcək növbəti final mərhələsinə vəsiqə qazandılar.

Share