Məşhur aktyor koronavirusdan vəfat etdi

31.03.2020 Off By Füzuli İsmayılov

Böyük Britaniyanın dünyaca məşhur aktyoru, “Ulduz müharibələri” filmində mayor Kaluan Emmata rolunu canlandıran Endrü Cek 76 yaşında dünyasını dəyişib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə aktyorun köməkçisi açıqlama verib. Məlumata görə, aktyor xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə gün əvvəl Endrü Cek və onun həyat yoldaşı Qabriel Rocers koronavirusa yoluxduqlarına görə karantina alınmışdı.

Anar Türkeş

Share