DTX-nın Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı tədbir keçirilib
06.11.2022Hakimiyyet.info.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilmişdir. Vətən müharibəsi iştirakçılarının, DTX-nin əməkdaşlarının, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantlarının və DTX-nin hərbi hissəsinin əsgərlərinin iştirak etdiyi tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış mədəni proqram təqdim olunmuşdur.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanmışdır.


















