MXP 8 noyabr-Zəfər günü münasibətilə BƏYANAT yaydı
06.11.2022Azərbaycan xalqının milli birliyi və qürur hissinin səfərbər olunması ilə Ali Baş Komandan İlham Əliyevin inamlı sərkərdəlik əzmi və ordumuzun şücaətli qələbə ruhu ilə yaranmış dəmir yumruqla 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad edilməklə qazanılmış zəfər bayramı milli qürurumuz və milli birliyimizdir.

Bu bayramı bizə nəsib eləyən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin, dünyada baş verən siyasi böhranlı vəziyyətdə Ali Baş Komandan İlham Əliyevə can sağlığı və uğurlar nəsib etsin.
8 noyabr zəfər günü münasibəti ilə bütün xalqımı və Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevi partiyanın başqanı kimi öz adımdan və partiyanın bütün əməkdaşları adından səmimi qəlbdən təbrik edirəm. Xalqıma və ölkə başçısına daha böyük qələbələr və uğurlar arzu edirəm.
Bu gün bu qüruru yaşayan bütün dünya azərbaycanlılarını təbrik edirəm.
Bir müxalif partiya sədri kimi qeyd etmək istəyirəm ki, qazanılan zəfərin davamlı nəticəsi yalnız ölkə başçısı İlham Əliyevin sərkərdəliyi sayəsində mümkündür.
Hörmətli İlham Əliyev bu zəfəri həzm edə bilməyən güclü Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinə qibtə və paxıllıqla yanaşan, pozuculuqla məşğul olan xarici qüvvələrlə siyasi və diplomatik mübarizənizdə bütün partiya üzvləri Sizi dəstəkləyir və daim Sizin yanınızdayıq..
Hörmətlə,
Əflan İbrahimov,
Müstəqil Xalq Partiyasının sədri











