İranda terror aktında 5 nəfər ölüb

İranda terror aktında 5 nəfər ölüb

16.11.2022 Off By Füzuli İsmayılov

Bu gün (16 noyabr) İranın cənub-qərbində yerləşən Xuzistan vilayətininn İzə rayonunda terror aktı nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bunu İranın Xuzistan vilayəti valisinin müavini Vəliyulla Həyati deyib.

Onun sözlərinə görə, terrorçular iki motosikletlə vətəndaş və polislərə atəş açıblar.

Həyati bəzi yaralıların vəziyyətinin ağır olduğunu deyib./Trend

Share