Erməniləşmiş Fransa Senatı bu qətnaməni qəbul etməklə Azərbaycanla münasibətlərə sarsıdıcı zərbə vurdu
18.11.2022Fransa Senatınin Azərbaycana qarşı sanksiyalar
nəzərdə tutan qərəzli və suveren dövlətin ərazi
bütövlüyünə və onun daxili işinə müdaxilə
xarakteri daşıyan bədnam qətnaməsi ilə bağlı
Müstəqil Xalq Partiyasından sərt
M Ü N A S İ B Ə T
Fransa Senatı ölkə Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini 15.11.2022-ci il tarixdə müzakirəyə çıxarmış, Senat üzvlərindən İclasda iştirak edən 296 nəfərdən 295-nin layihənin lehinə səs verməsi ilə bədnam Qətnamə qəbul etmişdir.
Qətnamədə “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi”, “Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılması”,”Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görməsi” tələb olunur. Halbuki bütün bunlar Ermənistandan tələb olunmalıdır.
Bütün bunlar azmış kimi qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması və “Dağlıq Qarabağda humanitar büro açılması”, Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi Fransa hökumətinə təklif olunmuş və eyni zamanda Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb olunur.
Son iki ildə bu, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi üçüncü qətnamədir. 2020-ci il noyabrın 25-də Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan əraziləri azad etdikdən bir neçə gün sonra Fransa Senatı Xankəndindəki separatçı rejimin “müstəqilliyinin” tanınması ilə bağlı qətnamə qəbul edib. 2020-ci il dekabrın 3-də Fransa parlamentinin yuxarı və aşağı palataları “birləşərək” Azərbaycan əleyhinə qətnamə qəbul ediblər.
Bu gün gündəmdə olan siyasi fikirlərdə qəbul olunan qətnamənin adi kağız parçası olması və hakimiyyət tərəfindən hələki təsdiqlənməməsi qeyd olunur. Hüquqi nəticəyə əsaslanaraq qeyd etmək olar ki, təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərinə aid olan bütün qətnamə layihələri əvvəlcə Yelisey sarayına göndərilir və yalnız ən yüksək orqanlar tərəfindən təsdiq edildikdən sonra Senatda qeydə alınır və layihənin müzakirəsi prosedurları müəyyən edilir. ölkə parlamenti işə başlayır. Hazırkı qətnamə layihəsi bu ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş irimiqyaslı toqquşmalardan dərhal sonra Fransa Senatının hakim fraksiyasına daxil olan senatorlar tərəfindən təklif edilib.
Fransa Senatı bu qətnaməni qəbul etməklə Azərbaycanla münasibətlərə sarsıdıcı zərbə vurdu. Hazırkı qətnamə ölkələr arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə”yə birbaşa ziddir. Artıq Fransa ilə Azərbaycan arasında heç bir dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmadan söhbət gedə bilməz.
Fransa bu ermənipərəst hərəkəti ilə Minisk qrupunun üzvü kimi 30 illik müddət ərzində necə bir qərəzli mövqedə olduğunu, danışıqların sülh yolu ilə həllinə necə mane olduğunu, işğalın qorunub saxlanmasına bütün imkanları ilə calışdığını çılpaqlığı ilə büruzə verdi və Ermənistanla müttəfiqliyini bəyan etmiş oldu. Artıq Fransa heç bir sülh danışığında iştirak edə bilməz.
Yadda saxlamaq lazımdır ki, Fransa işğalçılıq, müstəmləkəçilik və kütləvi qırğınlar törətməklə tarixdə qalan bir dövlətdir. Belə ki, 50-dən çox ölkəni işğal edərək öz müstəmləkəsinə çevirməsi, sərvətlərini talayıb, xalqını uzun illər əsarətdə saxlaması tarixi faktdır. Fransa unutmasınki, bu hərəkətləri heç kimin yadına düşmür, tarixin arxivində qalıb. Amma elə deyil. Fransanın istila etdiyi ölkələrdə törətdiyi vəhşiliklər, insanlığa qarşı cinayətlər və qanlı müharibələr hələ də beynəlxalq ictimaiyyət tərəfindən pislənir. Bunu unutmaq olmaz, çünki Fransanın bir çox cinayətləri o qədər də uzaq olmayan keçmişdə törədilib.
132 il ərzində Əlcəzairi qan gölündə boğan, 1,5 milyondan artıq əlcəzairlini xüsusi amansızlıqla qətlə yetirən Fransa “insan haqları”ndan danışır. Liviya, Çad, Burkina-Faso, Mali, Mərkəzi Afrika Respublikası və daha neçə ölkədə vətəndaş müharibələrinə, qırğınlara və çevrilişlərə səbəb olan “sülhməramlı vasitəçilik” fəaliyyətini ermənilərdən istifadə etməklə Fransa indi də Cənubi Qafqazda davam etdirmək xülyasına düşüb. Fransa yadda saxlamalıdır ki, nə ermənilər Qafqazlı deyil nə də Qafqaz onun həzm edə biləcəyi region deyil.
Son siyasi realllıqlara əsaslanaraq demək olar ki, əslində Avropa çoxdan anlayıb ki, Makron həm Ukraynada müharibənin dayandırılmasında, həm də Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında uğursuz vasitəçi olub. Bundan sonrada kənarda qalacaq. Əslində öz tarixi ədalətsizliyini pərdələməklə dünyaya özünü demokratiya carçısı kimi sırıyan Fransanın pərdə arxası ikili və məkrli siyasəti coxdan fiaskoya uğramışdır.
Artıq bunlara rəğmən Azərbaycanın Fransaya münasibətdə siyasi kursun dəyişməsinin vaxtı çatmışdır. Bununla bağlı ölkənin siyasi gündəmində haqlı fikirlər səsləndirilir, Milli Məclisdə müzakirələr aparılır, bəyanatlar verilir. Müstəqil Xalq Partiyasıda bu siyasi fikirlərə, bəyanatlara hörmətlə yanaşır və dəstəkləyir. Azərbaycan 44 günlük vətən müharibəsi dövründə vətəndaş həmrəyliyi ilə bükülmüş dəmir yumruqdur və bu yumruqdan heç bir barmaq aralanmamalı və bu gün daha mükəmməl birlik nümayiş etdirməliyik. Tarix yazan sərkərdə Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşməliyik. Bütün umu-küsülər və incikliklər kənara qoyulmalı sözü imzası qədər etibarlı olan İlham Əliyev şəxsiyyəti böyük maraqlıarın Azərbaycanda toqquşduğu bir zamanda inanc yerimiz olmalıdır. İlham Əliyev 44 günlük müharibə zamanı və bağlanmış sülh müqaviləsindən sonra vəd olunanları gerçəkləşdirməklə xalqın ona olan inam və etibarını əməli, böyük siyasi düşüncə və sərkərdəlik bacarığı ilə sübut etmişdir. Azərbaycanın getdikcə artan nüfuzunu bədxahlar qəbul edə bilmir.
Bu gün xalqımızdan tələb olunan odur ki, səbrlə davranmaq, çaxnaşma və panikaya uymamaq, bu cür hərəkətlərə yol verən şəxsləri ictimai qınağa cəlb etməklə dərhal susdurmaq. Ordumuzun qələbəsinin və gedən döyüşlərin nikbin əhval ruhiyyəsi bizim ayıq sayıqlığımızdan və doğru düzgün dəstəyimizdən ibarətdir.
Bir daha partiyamız adından bütün xalqımızı hazırkı məqamda Prezidentimizin ətrafında birləşməyə, onun bütün çağrışlarını düzgün qiymətləndirməyə, ordumuza dəstək olmağa çağırıram. Bütün bölgələrdə olan partiya üzvlərimizə əhali arasında düzgün maarifləndirmə işinin aparılmasına səsləyirəm.
Əflan İbrahimov
Müstəqil Xalq Partiyasının sədri











