UNESCO-nun erməniləşməsi və Frankofoniya Təşkilatının sammitdəki qərəzli fikirləri nəyə hesablanıb? MXP-dən BƏYANAT
21.11.2022Fransa senatının 15 noyabr 2022-ci il tarixli bədnam qətnaməsi Azərbaycanda böyük ictimai və siyasi rezonanslar doğurmuş, hakimiyyətin aidiyyətli qurumları və müxalifət səviyyəsində qətnaməni pisləyən müxtəlif bəyanatlar verilmişdir.
Bu azmış kimi 19 noyabr 2022-ci il tarixində Tunisin Cerba şəhərində Frankofoniya Təşkilatının XVIII sammiti keçirilib. Sammitin əsas məqsədi Faransanin təşəbbüsü ilə fransız dili və mədəniyyətinin dünyada təbliğatı ilə bağlı müzakirələr aparılması olduğu halda, erməniləşmiş üzvlər tərəfindən nədənsə Azərbaycanla bağlı məsələ salınmış və iştirakçıların müzakirəsinə verilmişdir. Bu əksər iştirakçıların haqlı narazılığına səbəb olmuşdur. Halbuki Azərbaycan bu təşkilatda nə üzv nə də müşahidəçi deyil. Üzv dövlətlər arasında maliyyə imkanları böyük olan müəyyən nüfuz dairəsinə malik Fransa və Kanadadır, bunlarla münasibətdə qismən tanınan Belçika, İsveçrə, Misir hesab oluna bilər. Digərləri isə fransız dilli olan bir neçə Avropa dövləti və sərvəti Fransa dövləti tərəfindən talan olunmuş cirtdan və kasıb Afrika dövlətləridir. Üzv dövlət kimi iştirak edən Ermənistanın baş naziri N. Paşinyan, Fransa Prezidenti E. Makron və Kanadanın baş naziri Kastin Trüdo ilə təkbətək görüşlər keçirib, həmişəki kimi Azərbaycanla bağlı şikayətlərini edib və real dəstək istəyib.
Budur dünya siyasi nizamında ölçüyə gəlməyən, beynəlxalq normaların pozulması ilə Azərbaycan kimi bir dövlətin ərazi bütövlüyünə və daxili işinə qarışmağın ədalətsiz nümunəsi. İmperializmin sərhədsiz iştəhası.
Həmçinin UNESCO beynəlxalq təşkilatı 16.11.1945-ci ildə yaradılıb və məqsəd BMT-nin əsas təşkilatlarından biri olmaqla bütün dünyanın mədəni irsinə daxil olan siyahı üzrə elm, təhsil və mədəni irsin qorunub saxlanmasıdır. Mənzil qərargahı Parisdə yerləşir. XIX əsrin 50-ci illərindən sonra təşkilat erməniləşməyə meyilli olmaqla fəaliyyəti yalnız ikili standartlardan və riyakarlıqdan ibarət olub. Belə ki, 1984-cü ildə qərəzli şəkildə antiamerika hərəkətlərinə görə ABŞ prezidenti Ronald Reyqan bu qurumdan istefa verməklə bu təşkilatda fəaliyyətini dayandırıb.
2017-ci ildə İsrailin baş naziri Bünyamin Netenyahu bu təşkilatı milli tarixi ənənələri qorumaq əvəzinə qurdalamaqla teatra çevrilməsində ittiham edib və təşkilatda iştirakdan imtina edib. Eyni zamanda həmin ildə ABŞ Prezidenti Donalq Tramp antiisrail hərəkətlərinə görə ABŞ dövlətinin bu quruma üzvlüyünü dayandırıb.
UNESCO-nun indiki rəhbəri Odri Azule Fransanın mədəniyyət naziri olduğu dönəmdə onun Paris Erməni Assambleyası, Marsel Erməni Təşkilatları Fondu, Fransa Erməni Şurası və daha 8 erməni təşkilatı ilə əlaqələri mövcud olub.
Əvəzində Azulenin də mənsub olduğu, mədəniyyət və vicdan amneziyasına tutulmuş şəbəkə Azərbaycanın ünvanına marazmatik ittihamlar səsləndirməkdən çəkinmir.
Rəsmi Bakı işğal edilmiş ərazilərdəki 67 məscidin 63-nün ermənilər tərəfindən dağıdıldığını, yerlə yeksan edilməmiş 4 məsciddə isə donuz və davar saxlandığını faktlarla sübut edəndə, teatrlarımız, kitabxanalarımız, məktəblərimiz, tarixi-mədəni irs nümunələrimizin darmadağın edildiyi sübut ediləndə UNESCO susdu.
Sonda bu isteriya Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nün sülhməramlı səfiri postundan istefa verməsinə səbəb oldu. Bu, əsl Şərq və Türk qadınına layiq hərəkət hesab olunur. UNESCO-nun rəhbərliyi və siyasəti dəyişəndə yenidən bu qurumda iştirak məsələsinə baxıla bilər.
Budur, artıq Fransa imperializmi Ermənistan vasitəsi ilə Azərbaycana qarşı qərəzli təxribatlarını daha da sərtləşdirir. E. Makronun- “Senatın qətnaməsinin imzalanmasının bir addımlığındayıq”,- deməsi, həmçinin nəzərə alsaq ki, A. Xomeneyinin özünün Fransanın yetişdirməsi bir daha Azərbaycana qarşı real təhlükə mənbəyindən xəbər verir.
Habelə İranın özündə mütəmadi olaraq ixtişaşların davam etməsi regionu qaynar nöqtəyə çevrilmə anlamına gətirir. Ukrayna ilə müharibə edən Rusiya Qafqazda maraqlarını qorumaq üçün zor gücünə də olsa, Ermənistanla müttəfiqliyini gücləndirmək niyyətindədir ki, bu da Azərbaycana bir təhlükədir.
Ölkəmiz üçün gözlənilən ağır bir vəziyyətdə xalqın birliyinə, müxaliflərin və siyasi mühacirlərin umu-küsünü kənara qoyub dövlətimizin qorunması naminə birləşməsi zərurəti yaranmışdir. Bu gün kimdəsə nöqsan tapmaq, düşmən dəyirmanına su tökmək vaxtı deyil. Düşmənin təbliğat maşını və lobbisi cox güclüdür. Dünya nizamı yenilənmə ərəfəsinə qədəm qoyur. Baş verən dünya müharibələrində həmişə ermənilər belə bir vəziyyətdən yararlanmağa çalışıblar. Bu gün də erməni təbliğat maşını fövqəladə vəziyyətə köklənib. Azərbaycanın əldə olunmuş dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılması naminə bütün təbliğatımızı, mübarizəmizi, daxildə və xaricdə birlik əsasında nümayiş etdirməliyik.
Əlbəttə siyasi partiya olaraq bu siyasi məkanda Müstəqil Xalq Partiyasının fərdi yanaşması ola bilər. Daha dolğun siyasi anlam və hərəkətlənmə hakimiyyət tərəfindən verilir. MXP bütün üzvləri ilə hakimiyyətin Azərbaycanın dövlətçiliyi və ərazi bütövlüyü üçün önəmli olan bir vaxtda qəbul edəcəyi bütün qərarları dəstəkləyir və hakimiyyətin yanında olacaqdır. Partiya üzvləri tərəfindən Bakıda və regionlarda xalq arasında geniş izahat işlərinin aparılması məqsədi ilə təşkilatlanma işləri aparılır.
Əflan İbrahimov,
Müstəqil Xalq Partiyasının sədri











