Görkəmli bəstəkar Fikrət Əmirovun xatirəsi Musiqi Mədəniyyəti Dövlət Muzeyində yad olunacaq

22.11.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, noyabrın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovun 100 iliyinə həsr edilmiş tədbir təşkil olunacaq.

Tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından danışılacaq, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbir konsert proqramı ilə davam edəcək.

Share