“Mançester Yunayted” Ronaldu ilə müqaviləyə xitam verib
22.11.2022İngiltərənin “Mançester Yunayted” klubu Kriştianu Ronaldu ilə müqaviləni pozub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.
O, 2021-ci ildə İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə keçib.
İngiltərə klubunda ümumilikdə 346 görüş keçirən Ronaldu 145 dəfə qapılara yol tapıb./Apa











