Vuqar Əliyev Prezidentin Sərəncamı ilə AZƏRTAC-ın sədri təyin edilib

Vuqar Əliyev Prezidentin Sərəncamı ilə AZƏRTAC-ın sədri təyin edilib

29.11.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə                                Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

Vüqar Əliheydər oğlu Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.

İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb. O, bu vəzifəyə təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.

Vüqar Əliyev ailəlidir, üç övladı var.

Share