Bakıda bir ailənin dörd üzvü evində biçaqlandı

Bakıda bir ailənin dörd üzvü evində biçaqlandı

29.11.2022 Off By Füzuli İsmayılov
Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri – 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun, və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Share