Prokurorluğa işə qəbulla bağlı müsabiqənin ikinсi  mərhələsinə yekun vurulub

Prokurorluğa işə qəbulla bağlı müsabiqənin ikinсi mərhələsinə yekun vurulub

29.11.2022 Off By Füzuli İsmayılov

Azərbayсan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulmuşdur.

Yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmişdir.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 87 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).

Namizədlər tibbi müayinədən keçmək üçün 30 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixədək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət

qazanmış namizədlərin

SİYAHISI

 Abbaslı Elman Semur oğlu
 Abdullayev İbrahim Təyyar oğlu
 Adgözəlzadə Aytac İlqar qızı
 Ağazadə Zülfi Əliağa oğlu
 Axundov Tamerlan Natiq oğlu
 Alxasov Toğrul Vidadi oğlu
 Babayev Əliəkbər Rəfail oğlu
 Babayev Orxan Ülfan oğlu
 Babayeva Lalə Eldar qızı
 Bayramov Murad Nazim oğlu
 Bədəlov Murad İntiqam oğlu
 Bəxdiyarlı Röyalə Qabil qızı
 Cəfərova Aysel Ramiz qızı
 Cəfərova İfadə Gündüz qızı
 Cəlallı Əli Babək oğlu
 Dadaşov Kənan İlqar oğlu
 Dadaşzadə Ləman Gəncalı qızı
 Eyvazov Pünhan İkram oğlu
 Eyyubzadə Eldəniz Saleh oğlu
 Əhmədov Ayxan Maksim oğlu
 Əhmədov Qalib Lətif oğlu
 Əhmədov Mir-Abbas Əhməd oğlu
 Əhmədov Nurlan Rövşən oğlu
 Ələkbərova Leyla Yaqub qızı
 Əlişzadə Kənan Şəmşir oğlu
 Əliyev Cavid Kamal oğlu
 Əliyev Fuad Adil oğlu
 Əliyev Natiq Abbas oğlu
 Əliyev Şakir Firudin oğlu
 Əliyeva Leyla Zaur qızı
 Əliyeva Şəfiqə Nadir qızı
 Əlizadə Leyla Taleh qızı
 Əşrəfova Xanım Faiq qızı
 Əzimov Kamal Çingiz oğlu
 Əzizova Nurlanə Əli qızı
 Fətaliyev Nüsrət Ədalət oğlu
 Hacıyev Əli Nazim oğlu
 Hacıyeva Aytən Rafiq qızı
 Hacızadə Hacı Elşən oğlu
 Heydərov Vüqar Roman oğlu
 Həsənli Tural Vasif oğlu
 Həsənov Rəvan Vasif oğlu
 Həsənov Toğrul Həbib oğlu
 Həsənov Vüsal Əhməd oğlu
 Həşimov Şahmar Etibar oğlu
 Hüseynli Məhəmmədəli Sahib oğlu
 Hüseynli Nərgiz Mövsüm qızı
 Hüseynov Tabir İlham oğlu
 Hüseynov Vahid Vilayət oğlu
 Hüseynova Ceyran Musa qızı
 Xəlilli Tural Vasif oğlu
 İbrahimov Vüsal Müseyib oğlu
 İsayev Nicat Mahmud oğlu
 İsgəndərov Murad Məmməd oğlu
 İsrəfilov Cavid Abit oğlu
 Kazımlı Samirə Əlibala qızı
 Kərimli Nərmin Vəli qızı
 Quluzadə Kənan Asiman oğlu
 Məhərrəmzadə Murad Elçin oğlu
 Məmmədov Əli Fərhad oğlu
 Məmmədov İbrahim Alim oğlu
 Məsimov Elşən Kazım oğlu
 Mirzəyev Rəşad Nail oğlu
 Muxtarov Dəyanət Feruz oğlu
 Musazadə Əsab Nizami oğlu
 Mustafayev Vüqar İmdad oğlu
 Rəcəbova Nəzrin Səməndər qızı
 Rəhmanov Ataxan Gülverdi oğlu
 Rizvanov Ərziman Mahir oğlu
 Rzayev Nazim Habil oğlu
 Seyidov Xəlil Əziz oğlu
 Səfərov Nihad Asif oğlu
 Səmədli Gülüş Zaur qızı
 Soltanov Hikmət Nazim oğlu
 Süleymanlı Xaqani Aydın oğlu
 Şəfiyeva Gülşən Eldar qızı
 Şıxəliyev Rafiq Maqsud oğlu
 Şükürov Fəqan Nofəl oğlu
 Tağıyev Nadim Salman oğlu
 Tağıyev Rəfael Əli oğlu
 Tapdıqlı Nərmin Vasif qızı
 Tarverdiyev Tural Mehti oğlu
 Vəliyev Nurlan Nəsib oğlu
 Vəlizadə Emil Sabir oğlu
 Yunusov Kamran Eldar oğlu
 Yusifli Murad Abdulla oğlu
 Yusifli Səməd Elxan oğlu
Share