DÇ-2022: Niderland və Seneqal dünya çempionatının pley-off mərhələsinə yüksəlib

DÇ-2022: Niderland və Seneqal dünya çempionatının pley-off mərhələsinə yüksəlib

30.11.2022 Off By Füzuli İsmayılov

Seneqal millisi dünya çempionatının qrup mərhələsinin son tur matçında Ekvador yığmasını 2:1 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə yüksəlib.

Seneqal yığmasının heyətində qolları İsmaila Sarr (44-cü dəqiqə, penalti) və Kalidu Kulibalinin (70) vurub.

A qrupunun digər oyununda Niderland yığması Qətər futbolçularını məğlub edərək (2:0) 1/8 finala yüksəlib. Qolları Kodi Qakpo (26-cı dəqiqə) və Frenki de Yonq (49) vurub.

A qrupunda Niderland yığması 7 xalla birinci, Seneqal 6 xalla ikinci, Ekvador komandası (4) dördüncü və Qətər millisi (0) üçüncü yerdədir./Trend

Share