CANIMIZDAN VƏTƏNƏ CAN VERDİK!
30.11.2022And yerimizi qürur mənbəyimizi ərazi bütövlüyümüzü öz həyatları bahasına bərpa etmiş! Qəhrəman Şəhidlərmizdən biri də
Nəcəfov Etibar Mehman oğludur.
Qəhrəman şəhidimizin noyabrın 26-da ikinci ikinci il dönümü yad edildi.
Şəhidlər unudulmur, Şəhidlər yadan çıxmır,
Şəhidlər hər zaman hər an qəlbimizdədir!
CANIMIZDAN VƏTƏNƏ CAN VERDİK!
Torpaq uğurunda öləndir Şəhid!
Canından və müqəddəs qanından keçib zülmləri yarıb Xalqını işıqlı sabaha aparardı Şəhid!
Azərbaycanın ərazi bütövlüyüdür Şəhid!
Sən canından vətənə can verdin!
Sən canını ETİBAR ana Vətənə qurban verdin!
Torpaq uğurunda ölən varsa Vətəndir!
Vətən uğurunda Şəhid olan Qəhrəmandır!
Şəhidlik Vətənpərvərliyin, Vətənsevərliyin, Vətən qeyrətinin Torpaq təəssübkeşliyinin uca zirvəsidir!
Şəhidlik ölüm deyil əbədiyyət deməkdir..
Daymi yaddaşlarda dalacaqdır Şəhidlər…
Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda canlarından keçərək müqəddəs qanları bahasına Şanlı tarixi yazan qəhrəman Şəhidlərimizdən biri də
Laçın rayon Şeylanlı kənd sakini Şəhid Nəcəfov Etibar Mehman oğludur.
Müharibələrin acı nəticələri təkcə can almaqla, yenicə açılmaqda olan gül ətirli balaları vədəsiz soldurmaqla bitmir. Müharibələr minlərlə gələcək gənclərin həyatına son qoyur.
Müharibələr ömürlük ağlar qoyduğu ata-anaların, bacı-qardaşların , gəlin-qızların köksündə sağalmaz yaralar əkir.
Vətən üçün böyüyən oğullar bir anda Vətənə qurban gedirlər. Bunun üçün şəhid verdik, can verdik Cansızlara Şahin dəmərimizdən qan verdik
Təki Vətən sağ olsun
Təki Vətən ayaqda dursun
And yerimizsən Şəhid!
Qürur mənbəyimizsən Şəhid!
İnam yerimiz, güman yerimizsən Şəhid!
Ərazi bütövlüyümüzsən Şəhid!
Şuşada bitən Xarıbülbülsən Şəhid!
Başımızın tacısən Şəhid!
Etibar əslən Laçın rayonundan olsada, doğma yurdu namərd ermənilər tərəfindən işğal olunduğundan onun qismətinə Ağcabədi rayonunun Aran kəndində də dünyaya göz açımaq qismət olmuşdur (14.11.1998). Orada Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1saylı tam orta məktəbinə daxil olub və oradan 11- ci sinifi bitirərək məzun olmuşdur (2016).
İdmana böyük marağı olan Etibar karate, daha sonra boks ilə məşğul olmuşdur. Keçirilən idman yarışlarında həmişə birincilik qazanmışdır. Hərbi xidmət də idmanla məşğul olması onun çox köməyinə gəlirdi. Komandirlərinin verdikləri çətin tapşırıqları asanlıqla yerinə yetirirdi (01.52017- 02.06.2018). Xüsusi Təyinatlı Kəşfiyyat bölmələrində təlimlər keçmişdir və ön xətdə göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edilmişdir. O hər zaman ətrafındakı insanların rəğbətini qazanmışdır. Yaxından tanıyanlar onun necə cəsarətli, mərd və qorxmaz olduğunu yaxşı bilirdilər.
İkinci Vətən müharibəsi başlayan andan könüllü olaraq Füzuli rayonu istiqamətində döyüşlərə qatılır . Füzuli əməliyyatı Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsində Cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Ermənistan silahlı qüvvələri tərəfindən (27.09.2020) saat 06:00 radələrində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun çıraqlı və orta Qərbində, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, əhmədalılar, Qazaxlar kəndləri atəşə tutulmuşdur. Elə həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qurğularının bölmələri cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyiilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq cəbhəsi boyu ilk həmləsi ilə ermənistan ordusunun müdafiyə istehkanları yarılır, nəticədə Azərbaycan ordusu irələməyə başlayır. Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirərək geri çəkilməyə məcbur olmuşdurlar.
Bu qəhrəman Etibar kimi igidlərin şücaəti nəticəsində olmuşdur.
Etibar amansız döyüş meydanlarında gecə-gündüz yorulmadan düşmənə qarşı döyüşürdü.
Hamlet Abbasov, publisist











