SAKİT EYVAZOV BAŞ PROKURORLUĞA-NAZİM RƏCƏBOVA ABŞERONUN SARAY BƏLƏDİYYƏSİNDƏN ŞİKAYƏT ETDİ

SAKİT EYVAZOV BAŞ PROKURORLUĞA-NAZİM RƏCƏBOVA ABŞERONUN SARAY BƏLƏDİYYƏSİNDƏN ŞİKAYƏT ETDİ

14.12.2022 Off By Füzuli İsmayılov

Hörmətli Nazim müəllim! Abşeron rayon Saray Bələdiyyəsinin 10.08.2017-ci il tarixli qərarına əsasən Saray Bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqələrinə aid olan torpaq sahəsindən 0,10 torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması qərara alınmışdır. Daha sonra isə ərizəm əsasında həmin torpaq sahəsi mənim istifadəmə verilmişdir.

Abşeron rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 2020-ci il tarixli rəyinə əsasən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasına etiraz edilməmişdir.

 Lakin sonradan Abşeron rayon icra hakimiyyəti tərəfindən guya həmin torpaq sahəsinin altından kommunikasiya xətlərinin keçdiyi bəhanə gətirilərək, mənə satılmasına icazə verilməmişdir.

Daha sonra isə Bakı Layihə Tikinti İdarəsi tərəfindən Saray Bələdiyyəsinin ayırdığı torpaq sahəsinin kadastr göstəricilərinə dair məlumatda qeyd edilmişdir ki, həmin torpaq sahəsinin altından hər hansı bir kommunikasiya xətlərinin keçməsi müəyyən olunmamışdır.

Belə olan halda mən yenidən Abşeron rayon icra hakimiyyətinə ərizə ilə müraciət etdim. Lakin icra hakimiyyəti yenə də əvvəlki bəhanə ilə torpağın özəlləşdirilməsinə etiraz etdi.

Buna baxmayaraq torpaq sahəsi mənim istifadəmdə olmaqla, ona dair tərəfimdən torpaq haqqı vergisi ödənilmişdir.

2022-ci ilin noyabr ayında həmin torpaq sahəsinə kənar bir şəxs tərəfindən tikinti materialları tökülərək orada ev tikiləcəyi bildirilmişdir.  Həmin şəxs hazırkı Saray Bələdiyyəsi tərəfindən torpağın ona verilməsi barədə qərarın və Abşeron rayon İcra hakimiyyətinin buna razılıq məktubunun olmasını qeyd etmişdir.

Beləliklə də, Abşeron rayon İcra hakimiyyəti torpağın mənim adıma özəlləşdirilməməsində hazırkı Bələdiyyə ilə birlikdə maraqları olmuşdur.

Hesab edirəm ki, burda korrupsiya cinayətlərinin əlamətləri vardır.

Xahiş edirəm ki, şikayətim əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılsın.

Aşağıdakı sənədlərin surətini əlavə edirəm:

  1. Saray Bələdiyyəsinin 10.08.2017-ci il tarixli qərarından çıxarışının surəti.
  2. Abşeron rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 2020-ci il tarixli rəyinin surəti.
  3. Bakı Layihə Tikinti İdarəsinin Saray Bələdiyyəsinin ayırdığı torpaq sahəsinə dair kadastr göstəriciləri.

Abşeron rayonu, Xırdalan şəhəri

Əlaqə tel: (050) 212-88-58

                                                    

Share