Öz gücünə arxayın olmayan nazirlər istefa verə bilərlər – Qazaxıstanın Baş naziri
14.12.2022Qarşıya qoyulan vəzifələri həll edə biləcəklərinə əmin olmayan hökumət üzvləri istefa verə bilərlər. Trend TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov deyib.
“Dövlət başçısı bizdən bu suala dəqiq cavab gözləyir: hökumətin bu tərkibi ilə yeni ilə qədəm qoymaq olarmı? Mən Baş nazir kimi bəyan etmək istəyirəm ki, hər şeyi edəcəyəm ki, prezidentin qarşıya qoyduğu vəzifələr yerinə yetirilsin”, – deyə o bildirib.











