MXP QHT-lərin və ictimai fəalların erməni separatizminin ekoloji terroru ilə bağlı haqlı etirazlarını dəstəkləyir

MXP QHT-lərin və ictimai fəalların erməni separatizminin ekoloji terroru ilə bağlı haqlı etirazlarını dəstəkləyir

15.12.2022 Off By Füzuli İsmayılov

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyasına Müstəqil Xalq Parttiyasının münasibəti

Artıq üçüncü gündür ki,  Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ictimai fəallarla birlikdə Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Müstəqil Xalq Partiyası tərəfindən QHT-lərin və ictimai fəalların erməni separatizminin ekoloji terroru ilə bağlı haqlı etirazları dəstəklənir.

Əlbəttə bu ekoloji terrorla bağlı vətəndaş cəmiyyətinin mövqeyidir. Azərbaycan hakimiyyətinin isə 10.11.2020-ci il tarixli üç tərəfli bəyanatın şərtləri daxilində  Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazi üzrə düzgün siyasi xətti mövcuddur ki, Partiyamız tərəfindən həmişə dəstəklənir və hakimiyyətin yanındayıq. 

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri                             

Share