Xorvatiya milli komandası mundialın bürünc medalını qazanıb

Xorvatiya milli komandası mundialın bürünc medalını qazanıb

19.12.2022 Off By Füzuli İsmayılov

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının üçüncü yer uğrunda matçı keçirilib. Xorvatiya və Mərakeş milliləri arasında keçirilən oyunda xorvatlar 2:1 hesablı qələbə qazanıblar.

Xorvatiya millisinin heyətində qolları Y.Qvardiol (7-ci dəqiqə) və M.Orşiç (42), mərakeşlilərin isə yeganə qolunu 9-cu dəqiqədə A.Dari vurub.

Beləliklə, Xorvatiya millisi mundialın bürünc medalçısı olub.

Share