“Mobil notariat” NETTY mükafatına sahib olub
19.12.2022Azərbaycan Ədliyyəsi daha bir uğura imza atıb. İnformasiya texnologiyaları sahəsində son zamanlar digər qurumları üstələyən Ədliyyə Nazirliyinin əməkdaşları bu sahədə ölkənin nüfuzlu mükafatına sahib olublar.
İnformasiya texnologiyaları sahəsində yaradılmış Azərbaycanın ilk peşəkar mükafatı olan NETTY 2004-cü ildə təsis olunmuşdur. NETTY hər il informasiya texnologiyaları sahəsində əhəmiyyətli layihələri müəyyən edir və mükafatlandırır. “Mobil notariat” tətbiqi müsabiqədə “Dövlət və cəmiyyət” nominasiyası üzrə 2022-ci ilin ən yaxşı tətbiqi seçilmişdir.
Kollektivi bu münasibətlə təbrik edir, bol-bol uğurlar arzulayırıq!












