“Qantas Airways” Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edib
23.12.2022Hakimiyyet.info.az xəbər verir ki, dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda “Qantas Airways” aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, Sinqapur-London marşrutu ilə hərəkət edən aviaşirkətin “Airbus A380” təyyarəsi yük bölməsində yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.
Bildirilib ki, təyyarə yerli vaxt ilə saat 07:08-də uğurla eniş edib, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarədə 356 sərnişin olub.
Bakı aeroportunda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.











