AzTV-nin canlı efirində mübahisə: “Bəlkə çay-kofe də verək?” (VİDEO)
27.12.2022Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişinin canlı efirində mübahisə yaranıb.
Trend-in məlumatına görə, nəqliyyat problemləri və qəzalarla bağlı müzakirə zamanı verilişdə qonaq olan ekspertlər – Elməddin Muradlı ilə Rauf Ağamirzəyev bir-birinin fikrini qəbul etməyiblər. E.Muradlı vətəndaşların piyada keçidlərindən istifadə etməməsinə irad bildirib. R.Ağamirzəyev isə piyada keçidlərində insanlar üçün yaxşı şərait olmadığını söyləyib. Bununla həmkarı razılaşmayıb.
Daha ətraflı süjetdən izləyin:











