Bayram günlərində hava mülayim, yağmursuz keçəcək

Bayram günlərində hava mülayim, yağmursuz keçəcək

30.12.2022 Off By Füzuli İsmayılov

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 29-u saat 17:00-a olan məlumatına əsasən, Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək. Dekabrın 30-u və bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Share