Topxana meşəsinin bərpasına başlanıb

Topxana meşəsinin bərpasına başlanıb

06.01.2023 Off By Füzuli İsmayılov

1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsinə başlanılıb. Həmçinin ərazidə ağac toxumları da səpilib.

“Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək”, – X.Hüseynov deyib.

Xidmət rəisi əlavə edib ki, nazirlik əməkdaşları həmçinin Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesi həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün həmçinin Türkiyədən 49 min ting gətirilib.

Share