AMEA-nın “Yüksək Texnologiyalar Parkı”nda Vasif Abbasov “XANLIĞI”

AMEA-nın “Yüksək Texnologiyalar Parkı”nda Vasif Abbasov “XANLIĞI”

12.01.2023 Off By Füzuli İsmayılov

Hörmətli redaksiya!

AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin rəhbəri Vasif Abbasova tərəfimizdən sahibkarlıq fəaliyyətilə məşqul olduğumuz, innovativ layihələri burada gerçəkləşdirmək, inkişaf etdirmək, təkmilləşdirmək məqsədilə müraciət etməyimizlə yanaşı, LED lampa, MİKROSXEM, DİOD, ROBOT və ROBOTOTEXNİKA kimi innovativ məhsulların istehsalını, sənaye, xidmət və digər sahələrdə faydalı tədbiqini gerçəkləşdirə biləcək “Biznes layihəsi” təqdim etmişik.

Müraciətimizlə yanaşı  Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təstiq edilmiş “Texnologiyalar Parkı” haqqında Nümunəvi Əsasnamə”nin müvafiq tələblərinə üyğun rəsmi sənədlər  təqdim edilmişdir. Təqdim edilən “TRONIQ” MMC-nin hüquqi sənədləri ilə yanaşı, “Yüksək Texnologiya” yönümlü, innovativ layihə, AMEA-nın “Ekspertlər Surası”nda baxılması üçün tədim edilmişdir. Beləliklə, rəsmi sənədlər YT Parkı tərəfindən AMEA-nın “Ekspertlər Surası”na təqdim edilərək baxılmış və “TRONIQ” MMC-nin “REZİDENT” kimi fəaliyyət göstərməsi üçün “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin 28.07.2022-ci il tarixli 08 nömrəli qərarı ilə qeydiyyata alınaraq “QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ” təqdim edilmışdir.

Sözü gedən layihələrin həyata keçməsi üçün tərəfimizdən ayrı-ayrı sahibkarlarla görüşlər keçirilərək layihələrin maliyyələşdirilməsi məsələlərinin razılığı əldə edilmişdir. Lakin YT Parkın direktoru Vasif Abbasov təqdim edilən innovativ yönümlü layihələrin Texnopark ərazisində gerçəkləşdirilməsini şəxsi vəsaiti hesabına təmin edəcəyini və əldə edilən mənfəətə mənimlə şərik olacağını bidirdi və digər investorlarla əldə edilən razılıqlardan imtina etməyimi xahış etdi. Lakin Vasif Abbasov üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi, beləliklə investorlardan imtina etdim və nəticədə layihənin baş tutması mümkün olmadı.





YT Parkın direktoru Vasif Abbasov

Daha sonra, Texnoparkda mövcud tikili sahənin və oradakı muasir standartlara cavab verən dəzgahların,  “ROBOT və ROBOTOTEXNİKA”,  eləcə də digər innovativ layihələrin həyata keçirilməsi məqsədilə “TRONIQ” MMC-yə icarəyə verilməsi üçün YT Parkın direktoru Vasif Abbasova müraciət etdik. İcarə şərtlərini müzakirə etməzdən əvvəl sözügedən tikili bina və mövcud dəzgahların texniki cəhətdən istismara yararlı olmasının monitorinqi aparılaraq, icarəyə verilməsi nəzərdə tutulan dəzgahlarda texniki və elektron proqram təminatı məsələlərində ciddi problemlərin mövcud olduğu müəyyən edildi. İkitərəfli müzakirədə əldə edilən razılıq əsasında, Elm və Təhsil Nazirliyi yanında “Yüksək Texnologiyalar Parkı” MMC ilə “TRONIQ” MMC arasında, buradakı dəzgahlardakı problemlərin aradan qaldırılması və daha sonra həmin dəzgahların “TRONIQ” MMC-yə icarə müqaviləsi əsasıda istifadəsinə verilməsi haqda 10 avqust 2022-ci il tarixli, 04/22-YTP-027-X nömrəli “XİDMƏT MÜQAVİLƏSİ” və müqavilənin ayrılmaz hissəsi olan 1 saylı müqaviləyə əlavə hesab edilən “Qiymət razılaşma protokolu” imzalandıqdan sonra müəssisəmizin peşəkar texniki və elektron proqram təminatı üzrə mütəxəssizlərinin əməyi nəticəsində, bizə icarəyə veriləcək dəzgahların bərpası və istismara yararlı hala gətirilməsi mümkün olmuşdur.

Sözü gedən “XİDMƏT MÜQAVİLƏSİ” lə yanaşı daha iki icarə müqaviləsi imzalanmışdır, “AMEA Yüksək Texnologiyalar Parkının idarəedici təşkilatı ilə rezidenti arasında tikili sahənin icarəyə verilməsi ilə əlaqədar 04/22-YTP-027-İ nömrıli və “Avadanlıqların icarəyə verilməsi” ilə əlaqədar 08/22-YTP-027-İ-2 nömrəli müqavilələr imzalanmışdır (Hər üç müqavilənin surətləri ərizəyə əlavə edilir). Dəzgahların bərpası və istismara yararlı olması üçün mütəxəssislərimizin göstərdiyi xidmətin dəyərinin ödənilməsi proseduruna xüsusilə diqqət yetirməyinizi xahiş edirəm. Belə ki, “XİDMƏT MÜQAVİLƏSİ” nin 4-cü maddəsində (HESABLAŞMA QAYDASI) nəzərdə tutulan xidmət haqlarının ödənişləri “TRONIQ” MMC ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında bağlanmış “İCARƏ MÜQAVİLƏ”ləri ilə əvəzlənəcəyi qeyd edilmişdir.

Xüsusilə qeyd etməliyəm ki, qarşılıqlı razılaşma nəticəsində aramızda imzalanan “İCARƏ MÜQAVİLƏSİ” nə baxmayaraq, burada da YT Parkın direktoru Vasif Abbasov “TRONIQ”MMC-nin fəaliyyəti nəticəsində əldə edilən mənfəətə şərik olmaq niyyətini bildirmişdir və şəriklik payına sahib olma hüququ kimi YT Parkın mülkiyyəti hesb olunan tikili binanın, oradakı dəzgahlar və digər avadanlıqların bizim MMC-yə icarəyə verilməsi ilə əsaslandırılmışdır. Təbii ki, mən bu məsələyə etirazımı edərək icarə müqavilələrinin şərtlərinə əməl edəcəyimi bildirdim.

 “TRONIQ” MMC-nin YT Parkı”na göstərdiyi xidmət qarşılığında, ona olan faktiki borcunun olmasına baxmayaraq, Vasif Abbasov məni özünə borclu hesab edir. Bu dəfə isə yenə də şəriklik təklifinə etirazımı bildirdikdə, aramızda imzalanan  müqavilədəki icarə haqqın 3 dəfədən çox, yəni 1000 manatdan 3500 manatadək əsaslandırmadan artıracağını və müqavilə şərtlərinin dəyişiləcəyini  bildirmişdir.

Vasf Abbasovun bu əsassız tələbi tərəfimdən rədd edilmişdir. Beləliklə, 01.12.2022-ci i tarixdə, YTP-76-17/55 nömrəli “BİLDİRİŞ”ni təqdim edərək istifadəmizdə olan dəzgahlar qanunsuz olaraq, qanunvericilikdə nəzərdə tutulan qaydada bir ay əvvəldən xəbərdarlıq etmədən, iki tərəfli imzalanan müqavilələrinin tələblərinə və etik davranış qaydalarına zidd olaraq dəzgahlar möhürlənərək istifadəmizə qadağa qoydurmuşdur.

“Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov Azərbaycan Respublikası Prezzidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təstiq edilmiş Texnologiyalar Parkı Haqqında qaydaların 6-ci maddəsinin (İdarəedici təşkiatın funksiyaları) və 7-ci maddəsinin (İdarəedici təşkilatın gəlirləri) müvafiq yarım bəndlərinin tələblərini ciddi şəkildə pozmuşdur.

Sözügedən Fərmanın müvafiq maddəsi əsas tutularaq,  Rezidentin fəaliyyətinin səmərəli olması üçün, zəruri infrastrukturun yaradılması istiqamətində köməklik etmək əvəzinə, əksinə Vasif Abbasov və onun “qoçuları” süni şəkildə mümkün qədər sahibkarlıq fəaliyyətinə maneələr yaratmaqla məşğuldur. Belə ki, kommunal xidmətlərlə (qaz, su, elektrik enerjisi, rabitə xidmətləri, tullantıların yiğılması) təmin edilməsi zəruri və mütləq oduğu halda, icarəmizdə olan tikili sahəyə ayrılmış su, qaz, elektrik xətlərini kəsdirərək fəaliyyətimizə ciddi maneələr yaratmaqdadır.  

Hazırda mövcut innovativ layihələrərimizdən biri olan “RoboRek” adlı reklam robotumuzu tamamlama mərhələsindəyik (foto və video ərizəyə təqdim ediləcək), “RoboRek”in analoqu  Azərbaycanda mövcud deyildir və “RoboRek”in təqdimatına cox ciddi hazırlıqlar mərhələsində, 01.12.2022-ci il tarixində YT Parkın nümayəndələri- Baş mühəndis, energetik, elektrik və s., həmin an müəssisədə olan əməkdaşımıza bildirişi təqdim edərək, icarə müqaviləsi əsasında “TRONIQ” MMC-nin istifadəsinə verilmiş dəzgahları, qeyri- qanuni möhürləyərək, istifadəsinə qadağa qoyulmuşdur. Qadağaların səbəblərini icarə haqqının tərəfimizdən ödənilmədiyini əsas gətimişlər. Baxmayaraq ki, 04/22-YTP-027-X nömrəli 10 avqust 2022-ci il tarixli “XİDMƏT MÜQAVİLƏ”-nin 1 saylı əlavəsindəki “Qiymət razılaşma protokolu”dan, YT Parkın ”TRONİQ” MMC-yə borclu olduğu məlum olur və həmin borcun icarə haqqı ilə əvəzləşdiriləcəyi bildirilir. Həmin gündən etibarən YT Parkın direktoru Vasif Abbasov səlahiyyətlərindən sui istifadə edərək YT Parkın nəzarətçilərinə “TRONİQ” MMC-nin əməkdaşlarının və hətta mənim əraziyə buraxılmamağım üçün xüsusi tapşırıq verib.

Məlumdur ki, Azərbaycan Respubliksı Qanunvericiliyinin müvafiq qaydalarına əsasən, qarşılıqlı razılıq əsasında imzalanmış müqavilə şərtlərinin dəyişdirilməsi və ya müqaviləyə əlavə və dəyişiklik edilməsi, tərəflərdən birinin zəruri hesb etdiyi halda, təkrar razılaşma üsulu ilə mümkündür və ya tərəflərdən biri öhdəliklərini yerinə yetirmədiyi halda ən az bir təqvim ayı əvvəlcədən “BİLDİRİŞ” təqdim etməlidir və hüquqi əsaslandırılmalıdır. Bütün bu hüquqi əsaslandırmalar təqdim olumnadan, bildirişi təqdim etməklə yanaşı, müəssisənin fəaliyyəti YT Parkın məhsul şəxsləri tərəfindən Vasif Abbasovun tapşırığı ilə dayandırıldmışdır və “TRONIQ” MMC ilə 5 il müddətinə imzalanmış müqavilə oldugu halda mənim müəssisənin ərazisinə girişimə qadağa qoyulmuşdur.

Baş verən proseslər göstərir ki, YT Parkın direktoru Vasif Abbasovun şəxsi maraqları dövlətin qanun və maraqlarınnan üstündür, rəhbərlik etdiyi dövlət müəssisəsində ona verilən səlahiyyətlərdən sui istifadə etməklə, İNNOVATİV layihələri, peşəkar mühəndis, proqramçılar, texniki heyəti olan bir Rezidentin fəaliyyətinə, onun inkişafına, təkmilləşdirilməsinə dəstək olmaq əvəzinə, əksinə süni problemlər yaratmaqla məşquldur.

“TRONIQ” MMC olaraq ötən ilin aprelin 27-29-da ”Yüksək Texnologiyalar Parkı”nı təmsil edərək AMEA-nın əsas binasında Elm gününə həsr edilmış sərgidə istehsal etdiyimiz  və Azərbaycanda analoqu olmayan “Ultra bənövşəyi dezinfektor Robot”un təqdimatını üğürla etdik. Nəzərinizə çatdıraq ki. bu “Ultra bənövşəyi Robot dezinfektor” Azərbaycan Respublikası Prezidentinə təqdim edilmişdir. Daha sonra, ötən ilin may ayinda Bakıda keçirilən TEXNOFEST sərgi günlərində artıq YT Parkın “İNKUBATOR REZİDENTİ” qismində Robot,  Robototexnika, mikrosxem, çip, LED lampa və digər innovativ məhsulların gələcəkdə istehsalına hədəfli olduğumuzu nümaiş etdirdik.

YT Parkının Rezidenti olaraq məqsədimiz tək innovativ məhsulları istehsal edib mənfəət əldə etməkdən ibarət deyil, bununla yanaşı Ali Təhsil ocaqlarında, xüsusilə Texniki Universitetlərdəki bilik-bacarığı, ən vacibi isə sevdiyi işlə məşqul olmaq arzusu olan gənclərimizə burada məkan yaratmaq, Ali Təhsil ocaqlarındakı, xüsusilə Texniki Universitetlərin bilikli və bacaraqlı gənclərində bu sahəyə maraq və peşəkarlıqları istiqamətində fəaliyyət göstərməsinə dəstək verməkdən ibarətdir. Bu gənclər istədikləri peşəyə sahib olduqda, respublikamızın “Yüksək Texnologiyalar” sahəsində yeni nəslin muasir yanaşmasına səbəb olacaqdır.

Rezident olduğumuz müddət ərzində artıq cari ilin yay aylarında, Mingəçevir şəhərində, Gənclər və İdman Nazirliyi ilə AMEA-ın “Gənc alimlər cəmiyyəti”nin təşəbbüsü və təşkilatçılığı ilə “Yüksək Texnologiyalar” və “İnnovasiya sahəsinə maraq” layihəsi çərçivəsində keçirilən tədbirə qatılmağımızla məmnunluq hissi yaşadıq. Keçirilən seminarlarda əksər gənclərin innovasiya yönümlü  sahələrə böyük marağin olduğuna şahid olduq. Bu sevindirici haldır və “TRONIQ” şirkəti olaraq gələcəkdə də, bu kimi fəalliyyətimizi davam və inkişaf etdirmək hədəfimizdir.

Hörmətli redaksiya və oxuyucular! Vasif Abbasovun bu qanunsuz əməlləri bizi Baki Kommersiya məhkəməsinə 07.12.2022-ci il tarixdə müraciət etməyə məcbur etdi. Məhkəməyə tələb olunan rəsmi sənədlər təqdim edildikdən sonra təyin edilmiş hakim 09.12.2022-ci il tarixdə iddiamızın təmin edilməsinə dair “QƏRAR” qəbul etdi. Lakin mənə məlum olmayan səbəbdən icra məmurları hakimin qərarının icra olunmasında çətinliklərlə qarşılaşdılar, çünki Vasif Abbasov və onun “qoçuları” dövlətimizin Ali orqanı olan məhkəmənin qərarına hörmətsizlik edir və Texnoparkda özünü “XAN” kimi hiss edir, özünə də olmasa, HAVADARLARINA güvənir.

Vasif Abbasovun AMEA Yüksək Texnologiyalar Parkındakı qanunsuz əməllərindən bir kitab tərtib etmək olar, amma oxucularımıza bizimlə mübahisələrə aid məqamlarına diqqət çəkirik.

Hörmətlə,

Anar Nəbiyev,

“TROINQ” MMC-nin direktoru

Share