Dünyaya səs-küy salan erməni yalan və təxribatlarına layiqli cavab

Dünyaya səs-küy salan erməni yalan və təxribatlarına layiqli cavab

13.01.2023 Off By Füzuli İsmayılov

Ruben Vardanyan, erməni əsilli rusiyalı milyarderi 2022-ci ilin noyabr ayının 4-dən qondarma Dağlıq Qarabağ Respublikasının “baş nazir”i vəzifəsini icra etməyə başlayıb. Vardanyan Rusiya vətəndaşlığından imtina edib sentybarın 1-i Dağlıq Qarabağa köçüb və baş nazir olmaq təklifini qəbul edib. Baxın “Feyk news” saxta yalanın mənbəyi  haradan başlayır.

       Beləki,  dünya Dağlıq Qarabağ Respublikası adlı bir qurumu tanımır və bu bölgə Qarabağ iqtisadi zonasına daxil olan  Azərbaycan Respublikasının ərazisi hesab olunur. Beləcə dünya informasiya sistemini  başdan ayağa yalan üzərində qurulmuş erməni separatizmi ilə zəhərləyən mənbəyi saxtakarlıqdan ibarət  olan bu qurum sonrada talançılıq, ekoloji fəlakətlərə səbəb olan fəaliyyətlə məşğuldur.  Buda  ekofəalların, QHT nümayəndələrinin və ictimai fəalların Laçın-Xankəndi yolunda haqlı olan aksiyasına səbəb olmuşdur.

      Xankəndindəki terrorçu xuntanın feyk rəhbəri, Kremlin yolladığı marionet olan Ruben Vardanyanın göstərişi ilə erməni mediası, habelə sosial şəbəkələrdəki ermənilər “Qarabağda indi 120 min erməni yaşayır” devizi ilə dünyaya yalan üfürürlər. Eləcə də, Rusiya iddia edirdi ki, bölgədə 120 min erməni yaşayır

      Yalan elə bir şeydir ki, gec-tez faş olur. Beləki, Ermənistan baş naziri Nikol Paşinyanın yaxın tərəfdarlarından hesab edilən deputat Vigen Xaçaturyan sensasion açıqlaması ilə gündəm olub. Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edən hakim “Mülki Müqavilə” partiyasının deputatı    separatçılarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib. Həmçinin  “Gərginlik Rusiya və Azərbaycanın maraqlarından irəli gəlir. Biz Stepanakertlə (Xankəndi) Bakı arasında birbaşa dialoqa keçməliyik”, – deyə Paşinyanın yaxın adamı bildirib. “Qarabağın 40 min qəzəbli sakini Ermənistana gələrək hakimiyyətin dəyişdirilməsini tələb etsələr, bu Rusiya Federasiyasının xeyrinə olar. Ona görə də Qarabağ Azərbaycanla birbaşa dialoq aparmalıdır”, – hakim “Mülki Müqavilə” partiyasının deputatı Vigen Xaçatryan vurğulayıb.

       V. Xaçatryanın səsləndirdiyi rəqəmi nəzərə alsaq, Qarabağda 80 min erməni bir gündə yoxa çıxıb. Təbii ki, ermənilərin bəhs etdikləri rəqəmlərin istisnasız olaraq hamısı yalandır. Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti nəzarət arealında hazırda yaşayan ermənilərin sayı təqribən 25 min nəfərdir. Bu gün hamılıqla erməni yalanının beynəlxalq aləmdə ifşa olunması üçün təbliğatımızı gücləndirməliyik.

      Necə ki, Azərbaycan öncə Laçın-Xankəndi yolunda ekofəalların, vətəndaş cəmiyyəti və QHT nümayəndələrinin dinc aksiyası ilə bu istiqamətdə olduqca çox böyük, belə qısa zamanda mümkünsüz hesab edilən Laçın yoluna nəzarəti qismən ələ keçirə bilib. 

        Artıq bir aydır davam edən bu aksiya nəticəsində Laçın yolu demək olar ki, xalq nəzarəti altındadır. Bununla da Azərbaycan ipə-sapa yatmayan Ermənistana, separatçı qüvvələrə və onun havadarlarına başa saldı ki, “indi ki, siz danışıqları pozmaq, Azərbaycan ərazisində qeyri-qanuni işlərlə məşğul olmaq kimi niyyətinizdən əl çəkmək fikrində deyilsiniz, o zaman biz də artıq bildiyimiz şəkildə hərəkət edəcəyik”.

         Rəsmi Bakının Ermənistana qarşı çox tutarlı iknci arqumenti isə Qərbi Azərbaycana “Qayıdış Konsepsiyasının işlənib hazırlanması oldu. Artıq Qərbi Azərbaycan institutu formalaşmaqdadır. Bu istiqamətdə Azərbaycan dövlətinin mövqeyi olduqca qətidir və hədəfə hesablanmışdır. Bu o deməkdir ki, Azərbaycan həll etdiyi Qarabağ mövzusunun davamı olaraq eyni nəticəni Qərbi Azərbaycan məsələsində əldə etmək üçün çox böyük və məsuliyyətli yola çıxdığını bütün dünyaya elan etdi.

       Müstəqil Xalq Partiyası öz fəalları ilə bütün fəaliyyətini hazırki şəraitə və beynəlxalq arenada baş verən siyasi mühitə uyğun olaraq bu səpkidə fəal iş aparır.

Əflan İbrahimov,

Müstəqil Xalq Partiyasının sədri    

Share