Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə məqsəd nağdsız əməliyyatların stimullaşdırılmasıdır

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə məqsəd nağdsız əməliyyatların stimullaşdırılmasıdır

13.01.2023 Off By Füzuli İsmayılov

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, 2023-cü ilin yanvarın 1-dən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılmasıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş digər bir dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək.

Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılacaq./AZƏRTAC

Share