Ankara Baş Prokurorluğu Stokholmda baş verən hadisə ilə bağlı istintaq aparır

Ankara Baş Prokurorluğu Stokholmda baş verən hadisə ilə bağlı istintaq aparır

13.01.2023 Off By Füzuli İsmayılov

Ankara Baş Prokurorluğu PKK/PYD/YPG terror təşkilatı tərəfdarlarının Stokholm şəhərində törədilən hadisə ilə bağlı istintaqa başlayıb. Anadolu Agentliyi xəbər verir ki, istintaq Türkiyə Prezidentinin vəkili Hüseyin Aydının iddiası əsasında aparılır.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlenin Ankaraya gözlənilən 17 yanvar tarixli səfərini ləğv edib. Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan İsveçin səfirinə rəsmi Ankaranın kəskin etirazı çatdırılıb.

Türkiyə rəsmiləri açıq şəkildə bildiriblər ki, terror təşkilatlarını dəstəkləyən İsveçlə NATO çərçivəsində müttəfiq olmaq mümkünsüzdür./AZƏRTAC

Share