4 meyitin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir

4 meyitin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir

13.01.2023 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilir ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub

Share