Gənclər və idman naziri Fərid Qayıbov Malayziya Olimpiya Şurasının prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Malayziya Olimpiya Şurasının prezidentini qəbul edib

18.01.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, yanvarın 18-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyəni qəbul edib.

Qonağı salamlayan Fərid Qayıbov ölkəmizdə son illər idman sahəsində görülən işlər, dövlət idman siyasətinin icrası və qazanılan nəticələr barədə məlumat verib. Səmimi qəbula görə minnətdarlıq edən qonaq idman sahəsində əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini qeyd edib. Görüş zamanı idman sahəsində qarşılıqlı tərcübə mübadiləsi, birgə təlim məşqlər və digər məsələlər müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, Malayziya Gimnastika Federasiyasının prezidenti baş katibi Afrita Nasril və Malayziyanın ölkəmizdəki Səfirliyinin müşaviri Mardiana Binti Mohamed Rohani iştirak ediblər.

Share