Bakı Dövlət Universitetində 2 yeni şöbə yaradılıb

Bakı Dövlət Universitetində 2 yeni şöbə yaradılıb

18.01.2023 Off By Füzuli İsmayılov

Bakı Dövlət Universitetində (BDU) tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur islahatları keçirilir.

Trend xəbər verir ki, struktur islahatları çərçivəsində Magistratura və doktorantura şöbəsi ləğv olunub.
Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb. Bu barədə BDU Elmi Şurasında qərar qəbul olunub.

Yeni şöbələrin yaradılması BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

Share