Brüssel Ermənistana protektorat gözü ilə baxan Fransanın tələbi ilə  Azərbaycanın mövqelərinə zərbələr endirir

Brüssel Ermənistana protektorat gözü ilə baxan Fransanın tələbi ilə Azərbaycanın mövqelərinə zərbələr endirir

24.01.2023 Off By Füzuli İsmayılov

Avropa İttifaqının xarici işlər nazirləri “Qafqazdakı vəziyyətin həllinə kömək etmək” üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Bu barədə Aİ Şurasının bazar ertəsi yaydığı bəyanatına əsasən “Aİ Şurası (xarici işlər nazirləri səviyyəsində) bu gün Aİ-nin Ermənistanda mülki missiyasının (EUMA) yaradılması ilə bağlı razılığa gəlib. Onun vəzifəsi Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdan ibarət olacaq”, – bəyanatda deyilir.

Sənəddə Aİ Xarici İşlər Xidmətinin rəhbəri Josep Borreldən sitat gətirilir ki, bu addım “Aİ-nin Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə yönəlmiş fəaliyyətlərinin yeni mərhələsinə start verir”. Bəyanatda həmçinin qeyd olunur ki, “missiyanın mandatı davamlı patrullar aparmaq və vəziyyət haqqında hesabatlar təqdim etməkdir ki, bu da Aİ-nin buradakı vəziyyəti daha yaxşı başa düşməsini təmin edəcək. Missiya Avropa Şurasının rəhbəri Çarlz Mişelin vasitəçilik səylərinə töhfə verəcək”.

 Əvvəlcə bu bəyanatın yaranma tarixinə və mənbəyinə nəzər yetirək. Korrupsiya əlaqələri və vəzifə cinayətlərinə görə Belçika polisi tərəfindən həbs olunan  44 yaşlı  Avropa parlamentinin vitse-prezidenti EVA KAYLİ. EVA KAYLİ  Avropa parlamentində yunan sosialist partiyasını təmsil etməklə  bir neçə dövlətə o cümlədən Ermənistana qanunsuz olaraq lobbiçilik etmişdir. Məhz keçən ilin noyabr ayında Avropa parlamentdə Azərbaycanın Ermənistana təcavüzün dərhal dayandırılması  ilə  bağlı 33 deputatın müraciətində təşəbbüskar olmuşdur.   

Müraciətə imza etmiş 33 avrodeputatlar “Ermənistanın dostları qrupu”nun üzvləri olmuşlar ki, “ədalət və demokratiya uğrunda Ümumiavropa erməni federasiyası” (AAFJD) sıx əlaqədə olmuşdur. Bu federasiyanın prezidenti və sərmayə qoyanı Evanın həmyerlisi Belçikada erməni mafiyasının xaç atası milyarder Kaspar Karapetyan olmuşdur. Onun biznesinin gəlir mənbələrindən biri də Afrikanın almaz qaçaqmalçılığından olmuşdur ki, Qarabağda erməni separatizmini maliyyələşdirmişdir.  Bu insan “Dağnaksütunun” pərəstişkarı və gənc yaşlarından Beyrutda “Asala” terror təşkilatının üzvü olmuşdur.

 19.12.2022-ci il tarixində AB-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə Ali Komissarı Jozep Borrel bildirir ki, Brüssel Ermənistan ərazisində millətlərarası etimadın yaradılması məqsədi ilə  erməni-azərbaycan sərhədlərində uzun müddətli mülki missiyanın yaradılmasına hazırlaşır. 

Bundan əvvəl yaradılmış və 40 gün müddətinə Ermənistana göndərilmiş mülki missiyanın vaxtı 19.12.2022-ci il tarixində bitir. Halbuki Borrel 12.12.2022-ci il tarixli bəyanatında bu missiyanın müddətinin uzadılmayacagı və mandat verilməyəcəyini bəyan etmişdi. Ancaq  korrupsiyalaşmış parlament Fransanın tələblərinə etinasız qala bilmədi  feyk məlumatlarla pərdələnən erməni lobbiçiliyinin tələblərini dəstəkləməyə məcbur oldu.

Qərarın qəbulu ərəfəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə gəlib. Bildirilib ki, səfərin məqsədi Laçına gedən yolda vəziyyətlə bağlı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin təşkil etdiyi dinləmələrdə iştirak etməkdir. Bu dinləmələr Bakının iştirakı olmadan keçirilir.  Avropa Parlamenti Azərbaycan XİN rəhbərinə dəvət göndərməyib, bununla da qərəzli mövqe nümayiş etdirib. Beləliklə Avropa İttifaqı (daha doğrusu, bu qərarın arxasında duran Fransa), regionda uzunmüddətli mövcudluq imkanlarını “araşdırır”.

Azərbaycan Aİ-nin uzunmüddətli missiyasının Ermənistana göndərilməsindən narahatdır və bununla bağlı Azərbaycan XİN-nin məlumatıda yayılıb,  çünki belə bir addım Brüsselin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqlarında əldə olunmuş razılaşmalara, xüsusən də  Praqada keçirilən dördtərəfli danışıqlarda əldə edilmiş nəticələrə ziddir. Həmçinin Missiyanın istiqaməti Azərbaycanla razılaşdırılmayıb, rəsmi Bakının mövqeyi nəzərə alınmayıb. Amma bu məsələ birbaşa Azərbaycana aiddir, baxmayaraq ki, missiya Ermənistan ərazisində fəaliyyət göstərəcək. Yəni, missiya hər iki tərəfin razılığı olmadan göndərildiyi üçün Avropa missiyasının fəaliyyəti ilə alınan məlumatların obyektivliyi şübhələr yaradır (belədə olacaq)..

Məsələnin mahiyyəti  “Rusiyanı regiondan sıxışdırmaq cəhdi” kimi qiymətləndirilsədə, Avropa missiyası regionda vəziyyəti sabitləşdirməkdən daha çox gərginləşdirməyə xidmət etmək anlamı yaradır. Beləki, Moskva Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün bütün vasitələrdən istifadə edəcək, bunun nəticəsində gərginliyin yaranması Azərbaycana ziyandan başqa heç bir şey vəd etmir. Avropalı müşahidəçilərin missiyası mülki olsa da, Ermənistan növbəti mərhələdə Qərbdən regiona hərbi missiya dəvət etmək niyyətini gizlətmir. Ermənistanın baş naziri və xarici işlər naziri dəfələrlə regiona beynəlxalq sülhməramlıların göndərilməsinə çağırıb və Rusiya sülhməramlılarının öz tapşırıqlarını yerinə yetirmədiyini bəyan ediblər. Yaxın qonşumuz və din qardaşımız olan  İran baş verənlərdən heç də narahat deyil və baxmayaraq ki, əvvəllər dəfələrlə “xarici qüvvələrin regiona müdaxiləsinin yolverilməzliyi” barədə bəyanatlar verib. Lakin bu bəyanatlar yalnız Azərbaycanın xarici əlaqələrini nəzərdə tuturdu. Üstəlik, Tehran sadəcə xarici qüvvələri regiona cəlb etməyə çalışan Ermənistanla münasibətləri gücləndirir.

 Bundan əlavə Fransa siyasətçiləri prezident Emmanuel Makrona müraciət edərək, Ermənistanı protektorat altına almağa və Qarabağı ələ keçirmək üçün Azərbaycanı işğal etməyə çağırıblar. Onların açıq məktubu Le Monde qəzetində dərc olunub.Bu siyasətçilərin Bakıya müraciət etmək istədikləri tədbirlər arasında rəsmi qınaq, Aİ və ABŞ sanksiyalarının tətbiqi, Azərbaycana BMT sülhməramlılarının göndərilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində iddia, Qarabağ iqtisadi rayonuna təcavüz, hava limanının qanunsuz işə salınması, Xankəndi yaxınlığında və Azərbaycan üçün Qarabağ səmasının faktiki olaraq bağlanması daxildir.

 Budur insan haqlarının qorunması və ədalətin bərpa olunması ilə bağlı Avropa demokratiyasının həqiqi siması. Demokratiya və azadlıq devizi yalnız bu birliyin öz mənafelərinə xidmət edir və bu pərdə altında digər dövlətlərin daxili işinə qarışmaq, daxildə qarışıqlıq yaratmaq, qonşularla münasibətinə xələl gətirməklə ölkəni zəiflədib daxili işlərinə qarışmaq və bununlada öz nüfuz dairəsini genişləndirib, ölkələrin sərvətlərindən (biz bunu yaxın şərq ölkələrinin timsalında görürük) bəhrələnməkdir. 

Yaşadığımız bu tarixi proseslər dövrü Beynəlxalq aləmdə baş verən siyasi böhranlar və Azərbaycana qarşı yönəlmiş məkrli siyasət hər birimizdən siyasi hakimiyyətin ətrafında sıx birləşməyimizi tələb edir. Bu Müstəqil Xalq Partiyasının devizidir və partiyanın bütün fəalları öz fəaliyyətlərini bu deviz ətrafında qurur və ictimaiyyət arasında bununla bağlı geniş izahat işləri aparır.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri                       

Share