Əfv Məsələləri Komissiyası daha 100 müraciətə baxıb
25.01.2023Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Əfv Komissiyanın növbəti iclasının yanvarın 31-də keçirilməsi nəzərdə tutulur. Bununla da iclaslarda baxılan məsələlərin sayı 300-ü ötüb.
Qeyd edək ki, komissiyanın son iclası yanvarın 17-də keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb.
Ümumilikdə, komissiyanın 3 iclası ərzində əfvlə bağlı 300-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar verilib./Trend











