İran hökuməti Vyana Konvensiyasının tələblərinə əməl etməməkdə təqsirlidir

İran hökuməti Vyana Konvensiyasının tələblərinə əməl etməməkdə təqsirlidir

27.01.2023 Off By Füzuli İsmayılov

Iranda Azərbaycan səfirliyində törədilmiş terrorla bağlı Müstəqil Xalq Partiyasının bəyanatı

  Son vaxtlar İran mətbuatında anti-Azərbaycan təbliğatı, ictimai həyatda mənfi fikirlərin formalaşması bu gün Azərbaycanın İranda olan diplomatik nümayəndəliyinə hücumun təşkil olunmasına təkan vermis oldu.

Bu gün İranın aidiyyətli orqanları tərəfindən  Azərbaycanın Tehrandakı səfirliyinə hücumun şəxsi və ya ailə zəmində törədildiyinə çalışması baş vermis hücumda dövlət səviyyəsində özünü müdafiədən başqa bir şey deyildir.

        İran hökuməti Vyana Konvensiyasının tələblərinə əməl etməməkdə təqsirlidir və  ya diplomatik işçilərin toxunulmazlığı ilə bağlı tələbləri qəsdən pozur.

        Müstəqil Xalq Partiyası tərəfindən İranda Azərbaycan diplomatic korpusuna qarşı törədilmiş bu günki terror aktı pislənir və İran hökumətindən təxribatçıların müəyyən edilməsi üçün lazımi addımların atılması tələb olunur.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri                          

Share