Cəlilabad təhsilində baş verən  qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Cəlilabad təhsilində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

01.02.2023 Off By Füzuli İsmayılov

Cəlilabad rayon prokurorluğundan Hakimiyyet.info.az-a bildirilib ki,
rayonun təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əmək haqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Share