VƏTƏN FƏDAİLƏRİMİZDƏN BİRİ- SAHİB MİKAYILOV!

VƏTƏN FƏDAİLƏRİMİZDƏN BİRİ- SAHİB MİKAYILOV!

03.02.2023 Off By Füzuli İsmayılov

İkinci Qarabağ Müharibəsində zəfərə aparan yol Birinci Qarabağ Müharibəsindən başlanmışdır. Birinci Qarabağ Müharibəsinin
baş verdiyi tarixi şərait – döyüş qüvvələrinin qeyri bərabər nisbəti, ölkəmizdəki o zamankı hərcmərclik qələbəyə imkan verməsə də, cəsur Azərbaycan oğulları ermənilərin, xüsusi ilə onların quduz havadarlarının sovetdənqalma ağır hərbi texnikalarına qarşı əliyalın halda canlarını sipər etməkdən çəkinmədən amansız döyüş meydanında cəsarətlə vuruşurdular. Birinci Qarabağ müharibəsində də xalqımız çoxlu şəhidlər verdi. Sağ qalan döyüşçülərmizin əksəriyyəti əlil olmaqla bu gün də bədənlərindən həmin müharibənin ağrı – acısını daşıyırlar. Belə qəhrəman döyüşçülərdən biri də Sahib Mikayılovdur.

Mikayılov Sahib Baxşali 14.08.1965 ci ildə Laçın rayon Şeylanlı kəndində anadan olub. 1985 ci ildə Şeylanlı kənd orta məktəbinin bitirib. 1986-1988- ci illərdə Sovet ordusunda xidmət edib. Birinci Qarabağ Müharibəsində könüllü olaraq döyüşlərə qatılıb. Amansız döyüş meydanlarında
qəhrəmanlıqlar göstərib, xüsusi ilə neytral zonada qalmış yaralı və şəhid olmuş döyüşçü yoldaşlarını çıxarmaqda xüsüsi igidlik nümayiş etdirib Sahib. Döyüşlərdə fərqləndiyinə görə orden və medallarla təltif olunub. Döyüşlər zamanı başından və onurğa sütunundan zədələr alaraq yaralanmışdır.

Mikayılov Sahib Baxşalı oğlu eyni ilə rəhmətlik atası, İkinci dünya müharibəsinin veteranı MİKAYILOV BAXŞALI QARAŞ oğlu kimi cəmiyyətdə baş verən haqsızlıqlara, məmur özbaşınalıqlarına qarşı dözümsüzlük nümayiş etdirir. Haqq sözü deməkdən qəti çəkinmir.
Döyüş meydanlarında olduğu kimi, haqq-ədalət meydanında da cəsarətlə çıxış edir.

Sahib Mikayılov birinci Qarabağ müharibəsində canının yarısını qoymasına və səhətindəki ciddi problemlərə baxmayaraq, bu gün də Badamdar qəbiristanlığındakı Şəhid məzarlığına xidmət etməklə şərəfli missiyasını davam etdirir.
“Qılınc meydanında, söz meydanında” cəsurluq nümayiş etdirən Sahib Mikayılovu və onunla bahəm Vətən uğrunda gedən savaşlarda
sözünü demiş bütün igidlərmizə can sağlığı arzu edirik.

Hamlet Abbasov

Hacıqabul rayonu, R.Abdullayev adına Qubalıbalaoğlan kənd tam orta məktəbin riyaziyyat müəllimi

Share