Mehriban Əliyeva: Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!

Mehriban Əliyeva: Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!

09.02.2023 Off By Füzuli İsmayılov

Azərbaycan Pespublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyeva qardaş Türkiyədə baş vermiş zəlzələ hadisəsiylə bağlı rəsmi feysbuk və instaqram səhifələrində paylaşım edib. Paylaşımda deyilir:

Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!

Share