Lənkəranda Ümummilli Liderin 100 illiyinə həsr olunan konfrans keçirilib

Lənkəranda Ümummilli Liderin 100 illiyinə həsr olunan konfrans keçirilib

09.02.2023 Off By Füzuli İsmayılov

Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib. Hakimiyyet.info.az xəbər verir ki, konfrans iştirakçıları Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndərin və fevralın 6-da qardaş Türkiyədə baş verən təbii fəlakət nəticəsində həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov konfransdakı çıxışında bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında dahi şəxsiyyətin əvəzedilməz fəaliyyətindən danışıb. Bildirib ki, Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyinin qorunub saxlanılması istiqamətində önəmli addımlar atılıb, vətəndaşların rifahının yaxşılaşdırılması üçün mühüm tədbirlər görülüb. İcra başçısı Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə Lənkəran rayonunun inkişafı üçün gördüyü işlərdən barədə də ətraflı danışıb.

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Heydər Əliyevin siyasi kursu və YAP-ın gördüyü işlər barədə məruzə edib.

Deputatlar Cavanşir Paşazadə, Rüfət Quliyev, YAP üzvü İbrahim Quliyev və digərləri çıxışlarında dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb, onun dövlətçilik, təhsil və gənclər siyasəti ilə bağlı fəaliyyətindən söz açıblar.

Sonda bir qrup YAP üzvünə fəxri fərmanlar verilib, yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

Share