Bakıda gecə klubunda 4 qadın döyülüb, polis araşdırma başlatdı

Bakıda gecə klubunda 4 qadın döyülüb, polis araşdırma başlatdı

13.02.2023 Off By Füzuli İsmayılov

Bakının Nəsimi rayonu ərazisindəki gecə klubunda baş verən kütləvi dava ilə bağlı araşdırmalara başlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd edilən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu ərazisində “Hiss” gecə klubunda kütləvi dava olub. Dava zamanı 4 qadın döyülüb.

Share