Kadırov köməkçisinə sui-qəsd cəhdinin olduğunu bildirib

Kadırov köməkçisinə sui-qəsd cəhdinin olduğunu bildirib

13.02.2023 Off By Füzuli İsmayılov

Çeçenistan rəhbəri Ramzan Kadırov köməkçisi, “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinova qarşı bir neçə gün əvvəl sui-qəsd cəhdinin olduğunu açıqlayıb. Ramzan Kadırov bu barədə Telegram kanalında yazıb.

O, Apti Alaudinovun bir neçə gün əvvəl zəhərləndiyini və indi səhhətinin yaxşı olduğunu əlavə edib.

Xatırladaq ki, Apti Alaudinov hazırda Ukraynada davam edən müharibədə aktiv iştirak edir./Apa

Share