Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418-ə çatdı

Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418-ə çatdı

14.02.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb. Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə dövlət başçısı bildirib ki, zəlzələ nəticəsində 105 505 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Share