Baş Prokurorluğun Mətbuat xidmətindən: Məlumatlar həqiqətə uyğun deyil
16.02.2023Hakimiyyet.info.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilir ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Xəqani Quliyevin 2019-cu il avqustun 8-də Sumqayıt şəhərində xəsarət almasına dair cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv aparılması ilə bağlı informasiyalar yayılıb.
Həqiqətə uyğun olmayan həmin məlumatlarla bağlı bildiririk ki, qeyd olunan cinayət işi üzrə ittiham aktı 2021-ci il sentyabrın 9-da Sumqayıt şəhər prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə iş üzrə təqsirləndirilən şəxslər – Bəxtiyar Fərəcov 8 il 6 ay müddətinə, Sabir Əskərov 2 il 9 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Tural Sadıqov isə 1 il 6 ay müddətinə sınaq müddəti ilə şərti cəzaya məhkum edilib.
Hökm Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb











