Türkiyədə zəlzələdə həlak olan tələbə Hümam İsmayıllı dəfn olunub

Türkiyədə zəlzələdə həlak olan tələbə Hümam İsmayıllı dəfn olunub

16.02.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri ilə vida mərasimi keçirilib. Zəlzələ nəticəsində həlak Hümam İsmayıllı ilə evlərində vida mərasimi keçirilib.

Hümam İsmayıllı Corat qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub.

Allah rəhmət eləsin!

Türkiyədə zəlzələdə həlak olan tələbə Hümam İsmayıllı dəfn olunub (FOTO) (ƏLAVƏ OLUNUB)
Türkiyədə zəlzələdə həlak olan tələbə Hümam İsmayıllı dəfn olunub (FOTO) (ƏLAVƏ OLUNUB)
Türkiyədə zəlzələdə həlak olan tələbə Hümam İsmayıllı dəfn olunub (FOTO) (ƏLAVƏ OLUNUB)
Share