NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır
01.04.2020 [ad_1]
Bakı, 1 aprel, AZƏRTAC
NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay rəsmi “Facebook” səhifəsində martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı məlumat yayıb.
Azərbaycanın NATO yanındakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatda NATO-nun bu qondarma “seçkiləri” tanımadığı bildirilib.
Ceyms Appaturay, həmçinin ATƏT-in Minsk qrupuna və həmsədrlərin bu məsələ ilə bağlı bəyanatına dəstək ifadə edib.
AZERTAG.AZ :NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin











