BQXK-ya məxsus 7 avtomobil yenidən Laçın yolundan keçib

BQXK-ya məxsus 7 avtomobil yenidən Laçın yolundan keçib

16.02.2023 Off By Füzuli İsmayılov

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobil yenidən Laçın yolundan keçib. Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-ya məxsus 6 minik, bir yük maşınının Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

Xatırladaq ki, səhər saatlarında avtomobil karvanı Laçından Xankəndi istiqamətində hərəkət etmişdilər.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 67 gündür davam edir.

Share