
Braziliya Futbol Konfederasiyası irqçiliyə görə klubları cəzalandıracaq
17.02.2023Braziliya Futbol Konfederasiyası (CBF) yarış reqlamentində azarkeşlər tərəfindən irqçiliyə görə cəza daxil edəcək. Bu barədə “Globo” qəzeti xəbər verib.
Bildirilib ki, müvafiq qərar təşkilatın şurasının iclasında qəbul edilib. Minimum cəza 500.000 real (təxminən 90.000 dollar) məbləğində cərimə olacaq. Bu cərimə irqçilik təzahürlərinin ilk hallarında komandalara təyin olunacaq.
Residivlər baş verərsə, komanda boş tribunalar qarşısında oynamağa məcbur olacaq. Əgər irqçilik halları hələ də təkrarlanırsa, bu, komandanya xal itkisi bahası ilə başa gələ bilər./Trend