İş adamları düzgün nəticə çıxarmalı, daxili bazarla uyğunlaşan iqtisadi lahiyələr tərtib etməlidirlər

İş adamları düzgün nəticə çıxarmalı, daxili bazarla uyğunlaşan iqtisadi lahiyələr tərtib etməlidirlər

17.02.2023 Off By Füzuli İsmayılov

İstənilən ölkənin xarici tədiyyə balansı onun iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Makro-iqtisadi göstəricilərindən biri olan bu balansın saldosu ölkənin valyuta ehtiyatlarına, milli valyutanın kursuna, istehlak edilən idxal məhsulların qiymətinə və bir çox iqtisadi dəyərlərin formalaşmasına bir başa və ya dolayı təsir etməkdədir. Eyni zamanda bu prosesdən yaranan gəlirin daha geniş təbəqələrə yayılmasına şərait yaranacaqdır.

KOB Publik Hüquqi şəxsin yaradılması məhz bu səbəbdən irəli gəlir. Məqsəd -kiçik və orta sahibkarlarımızın məhsullarını alternativ bazarlara çıxarmaq, onların istehsal prosesinin fasiləsizliyini təmin etməkdir. Bu işin surətləndirilməsi üçün KOB-un nəzdində bir növ real sahələr üzrə rebrendinq müəssisələrinin yaradıb, kiçik və orta böyüklükdə olan sahibkarlarımıza dəstək olmaq, onların ayrı -ayrılqda bu prosesdə qarşılaşacaqları xərclərdən azad edərək məhsullarını tədaruk etmək onların rebrendinqini təşkil edərək alternativ bazarlara çıxışını təmin etmək olar. Həmin müəssisələr öz adları yeni bir brend altında qablaşdırma, reklam, marketinq sahəsində kiçik və orta böyüklükdə olan sahibkarların yükünü azaldaraq həmçinin daimi əlavə iş yerləri təmin etmiş olar. Eyni zamanda daha az maliyyət sərf edərək bunu həyata keçirmək mümkündür. Doğru planlama olarsa bu layihə ölkəmizə uğur qazandıracaqdır.

Avropa Yenidənqurma və İnkişaf Bankının analitiklərinin hazırladığı hesabatda 2023-2024-cü illərdə ən sürətli iqtisadi artım gözlənilən ölkələr məlum olub. Bu dövrdə ən sürətli iqtisadi artım Mərkəzi Asiya ölkələrində gözlənilir. Bu regionda ÜDM artım sürəti 2023-cü ildə 4,9%, 2024-cü ildə isə 5,4% gözlənilir. Bankın hesablamalarında söhbət Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistandan söhbət gedir. AYİB mütəxəssisləri bu il ən sürətli artımı Tacikistanda gözləyirlər – 8%. Qırğızıstan və Monqolustanda 7%, Türkmənistan və Özbəkistanda isə 6,5% iqtisai artım gözlənilir. Bu ərazidə ən aşağı artım Qazaxıstanda gözlənilir – 3,5%.

2024-cü illə bağlı proqnozlara gəlincə, Tacikistanda yenə 8%, Monqolustanda 7,5%, Qırğızıstanda 7,2%, türkmənistan və Özbəkistanda 7%, Qazaxıstanda isə 4% iqtisadi artım gözlənilir. «İqtisadi artım infrastruktura yatırılması gözlənilən investisiyaların, xammal məhsullarının bahalaşmasının və Rusiya müəssisələrinin yerdəyişməsinin sayəsində baş verəcək»-deyə bankın arayışında bildirilir. Bank hesab edir ki, iqtisadi artımın səbəbi neft və qazın bahalaşması, bu regiona işçi qüvvəsinin axını, kapital və pul köçürmələrinin artımı səbəb olacaq. Eləcə də Avropa Bankın hesab edir ki, bəzi bizneslər Rusiyanı tərk edərək bu bölgəyə köçürüləcək.

O ki qaldı Rusiyaya, AYİB ekspertləri hesab edir ki,  2023-cü ildə Rusiya iqtisadiyyatında 3%, 2024-cü ildə isə 1% azalma gözlənilir.

Bunlar analitiklərin fikridir. Bu yanlış da ola bilər. Amma bu analizlərdən hər bir ölkənin iqtisadçıları, iş adamları düzgün nəticə çıxarmalı, hesablamalarını beynəlxalq analitiklərin daxili bazarla uyğunlaşan iqtisadi sferasına uyğun qurmalıdırlar.

XANLAR QULİYEV,

“DOSTLUQ” İTİRAHƏT MƏRKƏZİNİN DİREKTORU,

İŞ ADAMI

Share